Mərkəzi Bankın İdarə Heyəti "Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”ı təsdiq edib.
Bu barədə AMB-dən bildirilib. Qeyd edilib ki, təlimatın əsas məqsədi yaşıl və dayanıqlılıqla əlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təmin etməkdir. Təlimat beynəlxalq maliyyə bazarlarında geniş istifadə olunan “Green Loan Principles“ və “Sustainability-Linked Loan Principles” nəzərə alınmaqla hazırlanıb. Sənəd yaşıl və dayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredit təşkilatları üçün tövsiyələri müəyyən edir.
Təlimat kredit təşkilatlarının yaşıl və dayanıqlılıqla əlaqəli kredit portfelinin idarə edilməsi ilə bağlı daxili siyasət və qaydalarının hazırlanması və bütövlükdə idarəetmə çərçivəsinin müəyyənləşdirilməsi üzrə tövsiyələri əhatə edir.
"Cebhenfo.az"