Rusiya prezidenti Vladimir Putin avqustun sonu - sentyabrın əvvəlində Çinə səfər etməyi planlaşdırır.
APA-nın Msokva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Dövlət Dumasında “Hökumət saat”ında çıxışında bildirib.
Onun sözlərinə görə, Putin Yaponiya militarizmi üzərində qələbə və İkinci Dünya Müharibəsinin bitmə tarixini qeyd etmək üçün Çinə səfər planlaşdırır.