AZ

Heyvanlar üçün preparat istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilir

Bakı. Trend:

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərininqeydiyyatı ilə bağlı yaranan xərclər ləğv ediləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məcisin Aqrar siyasət komitəsinin bu günkeçirilən iclasının gündəliyinə daxil edilən “Baytarlıq haqqında”Qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, qanun layihəsi heyvanlar üçün bioloji preparatlaristehsalının təşviqi məqsədilə hazırlanıb və həmin obyektlərinqeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini vəqeydiyyat xərclərinin ləğvini nəzərdə tutur.

“Baytarlıq haqqında” Qanunun 26.2-ci və 39.2.2-ci maddələrinəgörə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalıobyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabınahəyata keçirilir. Qanunun bu tələbinə uyğun olaraq NazirlərKabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı iləmüvafiq Qayda təsdiq edilən və qeydiyyatın Qida TəhlükəsizliyiAgentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin, müəyyən edilib ki, obyektlərin baytarlıqqanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçünonların qeydiyyatı ilə bağlı xərclər Nazirlər Kabinetinin 2021-ciil 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilən “Baytarlıqxidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqınınməbləği”nə uyğun olaraq ərizəçinin vəsaiti hesabınamaliyyələşdirilir.

Digər tərəfdən baytarlıq preparatlarının istehsalı fəaliyyəti“Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən lisenziya tələbolunan fəaliyyət növlərinin siyahısına daxil edilib və heyvanlarüçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçünilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanınverilməsi üçün “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilənmiqdarda dövlət rüsumu ödənilməlidir.

Qeyd olunanlar göstərir ki, mövcud qanunvericilik bu sahədəfəaliyyət göstərmək istəyən sahibkarların həm lisenziya, həm dəqeydiyyat prosedurundan keçməsini təsbit edir ki, bu da onlarınvəziyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Həminmürəkkəbliyin aradan qaldırılması üçün müvafiq qanun layihəsitəklif olunub.

Məlumatların təqdim edilməsi “Lisenziyalar və icazələr haqqında”qanunda öz əksini tapır. Belə ki, lisenziya verən orqan(İqtisadiyyat Nazirliyi) verdiyi, dayandırdığı, bərpa və ya ləğvetdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığıtarixdən 3 iş günü müddətində lisenziya verilən fəaliyyət növü üzrəmüvafiq nəzarət orqanına (bioloji preparatların istehsalıfəaliyyətinə münasibətdə AQTA-ya) göndərir.

Beləliklə, qanun layihəsi heyvanlar üçün bioloji preparatlaristehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinəuyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindənqeydiyyatının İqtisadiyyat Nazirliyinin “Lisenziyalar və icazələrhaqqında” Qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasındahəyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərinləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarlarınmaliyyə yükünün azaldılmasını nəzərdə tutur.

Seçilən
42
12
az.trend.az

10Mənbələr