AZ

Zelenski: Ukraynalılar özlərini aldadılmış hiss edirlər

Ukrayna prezidenti Volodimir Zelenski ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya danışıqlarına münasibət bildirib.

Yenisabah.az CNN-Türk-ə istinadla xəbər verir ki, o, danışıqların vaxtının Səudiyyə Ərəbistanına səfərinə təsadüf etdiyini vurğulayıb:

“İstəmirəm ki, bu bir oyun təsiri bağışlasın. Bu, oyun deyil. Ukrayna üçün etimadın itirilməsini istəmirik. Çünki çox sayda təsadüf var. Bizi çağırmayıblar”.

Zelenski şəffaf və ədalətli bir görüş istədiyini qeyd edib:

“Bu mənim istədiyim tək şeydir. Ukraynalılar özlərini aldadılmış hiss edirlər. Mən xalqımın hissləri ilə oynanılmasını istəmirəm”.


Telegram kanalımız
Seçilən
5
8
yenisabah.az

10Mənbələr