Kiyev, 19 fevral, AZƏRTAC
Çərşənbə günü, fevralın 19-da Keyt Kelloqun Kiyevə səfəri başlayıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Ukrayna Prezidenti Volodimir Zelenski, rəsmi şəxslər və hərbçilərlə görüşəcək, həmçinin cəbhəyə gedə bilər.
Paytaxtın qatar stansiyasında Kelloqu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink qarşılayıb. Trampın xüsusi nümayəndəsi qısa açıqlama verib.
“Biz qulaq asacağıq. Lazım olanı təmin etməyə hazırıq. Təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu başa düşürük. Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra ABŞ-a qayıdacağam və hər şeyi düzgün qiymətləndirmək məqsədilə Prezident Trampla danışacağam”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev