İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
DOĞRU.AZ