AZ

"Qalatasaray" - "Fənərbağça" oyununu əcnəbi hakim idarə edəcək

Bakı, 19 fevral, AZƏRTAC

Türkiyə Superliqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununu əcnəbi hakim idarə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu açıqlama verib.

Lakin referinin adı hələlik açıqlanmayıb.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Seçilən
57
5
azertag.az

10Mənbələr