Türkiyə Superliqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununu əcnəbi hakim idarə edəcək.
Gundem.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu açıqlama verib.
Lakin referinin adı hələlik açıqlanmayıb.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.