AZ

Qərbin İKİ SİMASI – Avropa və ABŞ-ni qarşı-qarşıya QOYAN SƏBƏBLƏR

“Trampın 4 illik fəaliyyət müddətində ABŞ-Avropa arasında fikir ayrılıqlarının davam edəcəyini söyləmək mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ və Avropa ilə ziddiyyətlərin yaranmasının səbəblərini izah edən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, fikir ayrılıqlarının əsas səbəbini məhz Ukrayna müharibəsi ilə əlaqələndirmək doğru olmaz.

“Ümumi yanaşsaq, Tramp administrasiyasının bir çox məsələlərdə Brüssellə dərin fikir ayrılığı yaşadığını görmək mümkündür. Xüsusilə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Avropa ilə bağlı Münhen Təhlükəsizlik Konfransındakı çıxışı onları şoka salıb. Hələ də Avropalı siyasətçilər bu şokdan ayıla bilməyiblər. Onlar həmin sözləri Rusiya prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışına oxşadırlar. Bu çıxış da dövründə Avropanı şoka salmışdı”.

“Rusiyanın işğal planları məhz sözügedən çıxışdan sonra gerçəkləşdi. Cənubi Osetiya və Abxaziyanın işğalı, Gürcüstanla müharibə, Krımın 6 il sonra ilhaqı və Ukrayna ilə isə 15 il sonra uzun müddət çəkən hərbi münaqişə başlandı. İndi isə Vensin çıxışı ilə Rusiya və Çin faktoru arxa plana keçdi. İndidən sonra da, yüksək ehtimalla, Trampın 4 illik fəaliyyət müddətində ABŞ və Avropa arasında fikir ayrılıqlarının davam edəcəyini söyləmək mümkündür”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
22
yenicag.az

1Mənbələr