Fevralın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 27-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 27-27,35 manat civarında dəyişib.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.