AZ

Rusiyadan Ermənistana qəfil MESAJ: Döyüş vəziyyətinə keçdilər

Ermənistanın radikal müxalif siyasi qüvvələri ölkədə mümkün hakimiyyət dəyişikliyi ilə bağlı Rusiyadan siqnal alıblar.

Paytaxt.org Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistanda müxalifət meydanı hakimiyyətə qarşı döyüşə hazır vəziyyətə gətirilib. Uzun müddətdir susanlar sükutu pozmaq qərarına gəliblər, artıq mitinq çağırışı edənlər və qurultaya gedənlər var. Müxalif siyasi qüvvələri birləşdirəcək yeni formatlarla bağlı təkliflər də irəli sürülür. Bu, təkcə qlobal geosiyasi və Baş nazir Nikol Paşinyanın xarici siyasət dəyişikliyi ilə bağlı deyil, iddiaya görə, Rusiya dairələrindən mümkün dəyişikliklərlə bağlı Ermənistana müəyyən siqnallar ötürülür. Bəziləri hesab edirlər ki, siyasi meydanda gözlənilməz hadisələrə hazır olmalıyıq”, - nəşr bildirir.

Xatırladaq ki, fevralın 17-də brifinqdə Ermənistanın sabiq prezidenti Robert Köçəryan hakimiyyəti Rusiyaya xəyanətdə günahlandırmışdı. Onun sözlərinə görə, Rusiya bunu İrəvana bağışlamayacaq. Köçəryan Paşinyanın reytinqinin aşağı düşdüyünü, onun qarşıdakı seçkilərdə məğlub ola biləcəyini də iddia etmişdi.

Ermənistan hökumətinə yaxın media və ölkə rəsmiləri sabiq prezidentin Rusiyanın diktəsi ilə hərəkət etdiyini bildiriblər.

Ermənistan Baş naziri aparatı rəhbərinin müavini Taron Çaxoyan Köçəryanı satqın adlandırıb: “Ermənistana periferik əyalət kimi baxan Köçəryanın son məqsədi Ermənistanı (Rusiyaya) nimçədə təqdim etməkdir. Bunu etməyə çalışır”.

Seçilən
38
1
paytaxt.org

2Mənbələr