AZ

"Rusiya İrana qarşı daha sərt addımlar ata bilər"- Politoloqdan şərh

"İranda Rusiya ilə Qərb arasında Ukrayna məsələsinə dair danışıqların dayandırılması və ümumiyyətlə, bütün tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar rəsmi Tehranı narahat etməyə bilməz. Çünki İran hesab edir ki, əgər Vaşinqton və Moskva arasında münasibətlər normallaşarsa, o zaman Rusiya İrana qarşı daha sərt addımlar ata və onu təzyiq altında saxlaya bilər."

 Politoloq Əli Zülfüqaroğlu bunu News365.az-a açıqlamasında deyib. 

"Eyni zamanda, son dövrlərdə regionda baş verən proseslər və bu vəziyyətdən istifadə cəhdləri diqqət çəkir. Görünən odur ki, Ermənistan hələ də 2020-ci ildə baş vermiş müharibə zamanı ərazisində yerləşdirilən 3,500 rusiyalı hərbçinin ona köməyə gəlməməsindən narazıdır. Məhz bu hadisədən sonra ölkədə anti-Rusiya dalğası yayılmağa başladı. Həm hökumətdə, həm də vətəndaşlar arasında Kremlin müttəfiqlik çərçivəsində Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyi barədə narazılıq var."

Seçilən
10
news365.az

1Mənbələr