AZ

Tasmaniya adasında 150-dən çox delfin sahilə atılıb

Bakı, 19 fevral, AZƏRTAC

Avstraliyanın Tasmaniya adasında 157-dən çox delfin sahillə atılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Məlumata görə, indiyədək onlarla delfin ölüb, 90-na yaxın delfinin xilas olunması üzrə əməliyyat başlayıb. Onların aşkar edilməzdən 24-48 saat əvvəl sahilə atıldığı güman olunur.

Ərazinin ucqar bölgədə yerləşməsi və meşə yanğınları xüsusi texnikanın gətirilməsi ilə bağlı problemlər yaradır və xilasetmə əməliyyatını çətinləşdirir.

Hazırda ölü heyvanlardan nümunələr götürən mütəxəssislər əldə olunacaq məlumatların delfinlərin bu hərəkətinə aydınlıq gətirəcəyinə ümid edirlər.

Seçilən
21
1
azertag.az

2Mənbələr