AZ

Bayden administrasiyasının mirası təmizlənməlidir- LAVROV

Rusiyalı baş diplomat vurğulayıb ki, ölkələr arasında təhlükəsizlik və strateji sabitliyə dair danışıqlar üçün şərait yaradıla bilər.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

“Hələlik ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın təməlini, hətta ilk eyhamları belə məhv etmək üçün hər şeyi edən Bayden administrasiyasının mirasını təmizləmək lazımdır”, - Lavrov Rusiya və ABŞ arasında strateji əməkdaşlıq imkanlarını şərh edərkən deyib.

O bildirib ki, ölkələr arasında təhlükəsizlik və strateji sabitliyə dair danışıqlara şərait yaradıla bilər.

Fevralın 18-də Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda 4,5 saatlıq müzakirələr aparıblar. Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev təmsil ediblər. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiven Vitkoff daxil idi.Uşakovun sözlərinə görə, nümayəndə heyətləri həll etmək istədikləri bütün məsələləri, o cümlədən Rusiya ilə ABŞ arasında mövqelərin uyğunlaşdırılmasını, habelə Ukrayna ilə bağlı kommunikasiyaları əhatə edən ciddi müzakirələr aparıblar. Lavrov Vaşinqton nümayəndələri ilə söhbəti çox konstruktiv adlandırıb və bildirib ki, həm Rusiya, həm də ABŞ öz paytaxtlarında səfirlərin təyinatını sürətləndirməyə razılaşıblar.

Aytəkin TOFİQQIZI

Seçilən
11
redaktor.az

1Mənbələr