Azərbaycan 1-ci Liqasında yanvarın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.
Azərbaycan 1-ci Liqada yanvar ayının ən yaxşı qolunun müəllifi olan “Karvan” klubunun futbolçusu Emil Qasımov mükafatlandırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Ona mükafatları “ASCO Arena”da keçirilən “Cəbrayıl” – “Karvan” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.