AZ

Adi Hütter: “Benfika”dan güclü idik, amma…”

“Monako”nun baş məşqçisi Adi Hütter UEFA Çempionlar Liqasının 1/16 finalında “Benfika”ya məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, ilk oyunda evdə “Benfika”ya 0:1 hesabı ilə məğlub olmuş “Monako”, səfərdə 3:3 hesablı heç-heçə ilə barışlb.

Nəticədə “knyazlıq” təmsilçisi UEFA Çempionlar Liqasının cari mövsümündəki mübarizəsinə xitam verib.

Adi Hütter matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Çox acı “uçuş”dur. Oyun vaxtının 60 dəqiqədən çoxunu biz rəqibin üzərində öz üstünlüyümüzü nümayiş etdirdik. Çox məqamlarda üstünlüyümüzdən yararlana bilmədik, “Benfika” isə çox səmərəli oynadı. Yarışı tərk etmək kədərlidir. Burada oynamaqla, biz fantastik təcrübə əldə etdik. Biz özümüzün rəqabətqadir olduğunu sübut etdik. Birinci hissəni xatırlayanda, düşünürəm ki, bu, parlaq idi. Biz güclü idik. Ancaq çox məqamlardan istifadə etmədik. Ancaq bizim xasiyyətimiz möhkəmdir”, – UEFA-nın rəsmi saytı avstriyalı mütəxəssisdən sitat gətirir.

Seçilən
34
arena.az

1Mənbələr