AZ

AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 23-cü turunun “Neftçi” – “Qarabağ” oyununda (0:1) baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə paytaxt klubu 800 manat cərimə edilib. Oyunda “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klub 1000 manat cərimə edilib. 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” 700 manat cərimə edilib.

Oyunun 22-ci dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. klub 1500 manat cərimə edilib.

Azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” 1000 manat cərimə edilib.

Seçilən
45
28
publika.az

10Mənbələr