Ötən gün Yasamal bələdiyyəsinin ilk iclası keçirilib.
Viral.az xəbər verir ki, iclasda Tahir Məmmədov Yasamal bələdiyyəsinin sədri seçilib.
Qeyd edək ki, Milli Məclisin keçmiş deputatı Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov da bələdiyyə üzvü seçilib. O, ötən gün keçirilən iclasda bələdiyyə sədrinin müavini olub.
Son Yazılar:
- Hüseynbala Mirələmovun oğlu yeni vəzifəyə SEÇİLDİ
- Kürəkəninin cinayətini gizlətmək üçün onu şantaj etdi
- Rusiya Suriya ilə yüksəksəviyyəli görüşlər KEÇİRƏCƏK
Keçmiş deputatın övladının namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. F.Mirələmov əvvəllər daxili işlər orqanlarında çalışıb. O, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi olub. Hazırda təqaüddədir.
Qeyd edək ki, Fuad Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə YAP-ın Xətai Rayon Təşkilatının sədri vəzifəsini tutub (modern.az).