AZ

Tələbələr Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təcrübə keçəcəklər

Yazını böyüt
Yazını kiçilt

Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi ilə görüş keçirilib.

Hafta.az-ın yazdığına görə, Mərkəzin müdiri professor Tarek Məhəmməd mərkəzdə 3 ay müddətinə təcrübə keçəcək BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşərək onlara təcrübə müddəti ərzində uğurlar arzulayıb.

Görüşün sonunda tələbələrə ərəb dilində mühazirə oxuyan Tarek Məhəmməd onların təcrübə rəhbərinə, universitetin dosenti Gülnur Mahmuda Misir Ali Təhsil Nazirliyinin medalını təqdim edib.

Seçilən
33
hafta.az

1Mənbələr