AZ

TFF-dən tarixi qərar: "Qalatasaray" - "Fənərbağça" oyununu əcnəbi hakim idarə edəcək

Bazar günü - Fevralın 24-da oynanacaq "Qalatasaray" - "Fənərbağça" oyununu yerli hakim idarə etməyəcək.

Mia.az TRT-yə istinsdla xəbər verir ki, bu barədə yayılan xəbəri TFF prezidenti İbrahim Hacıosmanoğlu təsdiqləyib.

O bildirib ki, artıq "Qalatasaray" - "Fənərbağça" derbisini əcnəbi hakimin idarə edəcəyi dəqiqləşib: "Bu qərar Türkiyə futbol tarixində ilk dəfə olaraq qəbul edilib. Deyə bilərəm ki, həmin hakim dünyanın hər yerində tanınan əcnəbi hakm olacaq. Düzdür, MHK hakimləri təyin edir. Həftə sonu onun adını açıqlayacaqlar".

Fərid ASLAN

MİA.AZ

Seçilən
23
1
mia.az

2Mənbələr