AZ

Azyaşlı əlil uşağı işgəncə ilə qətlə yetirənə ağır cəza istənildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtda qeyri-rəsmi yaşadığı qadının azyaşlı əlil övladını işgəncə ilə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
İttihama görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyməklə yanaşı, onun doqquz yaşlı fiziki qüsurlu övladına işgəncə verməklə onu qəsdən öldürməkdə təqsirləndirilir.
Qeyd edək ki, zərərçəkən İpək Əhmədova hazırda narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbsdədir. Onun prosesdə iştirakı konvoyun nəzarəti altında həyata keçirilib.
Yaşar Abbasov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Elgün Həsənli
Seçilən
25
5
oxu.az

10Mənbələr