Regional əməkdaşlığın \"3+3\" formatı şübhəsiz ki, bütün iştirakçı ölkələrin - Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarına xidmət edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında \"parlament saatı\"nda bildirib.
\"Əvvəldən hamı razılaşdı ki, bizdə format məhz \"3+3\"dür və biz Gürcüstanın mövqeyini, şübhəsini başa düşürük. Lakin gürcü nümayəndələri üçün iclas zalında həmişə yer olacaq\", - o qeyd edib.