AZ

Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə keçirilib

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə daxil olan vəsatətlər elan olunub.

Belə ki, zərərçəkən Tural Nəsimiyev məhkəməyə bir neçə həkimin dindirilməsi üçün vəsatət təqdim edib. O, vəsatətində cinayət işində təqsirləndirilən şəxslərdən başqa digər adı müəyyən olan və olmayan şəxslərin olduğunu deyib və həmin şəxslərin məhkəməyə çağırılmasını xahiş edib. Zərərçəkən, həmçinin təqsirləndirilən şəxslərin əlaqədə olduqları həkimlərlə telefon danışıqlarını və yazışmalarını məhkəməyə təqdim olunmasını xahiş edib.

"Əvvəlki proseslərdə adları çəkilən həkimlər - Mircəlal Kazımı, Xuraman Cəfərova və Valeh Hüseynovun da məhkəməyə çağırılmasını xahiş edirəm. Təqsirləndirilən şəxslərə Talassemiya Mərkəzində rahat hərəkət etməyə mərkəzin keçmiş direktoru Xuraman Cəfərova və keçmiş əməkdaşı Valeh Hüseynov imkan yaradıb" - deyə o, bildirib.

Tərəflər sözügedən şəxslərin məhkəməyə çağırılmasına etiraz etməyib.

Məhkəmə müşavirədən sonra hazırkı mərhələdə vəsatəti təmin etməyib. Hakim Azad Məcidov deyib ki, zərərçəkən və təqsirləndirilən şəxslər ifadə verdikdən sonra digər şəxslər də məhkəməyə çağırılıb dindiriləcək və növbəti mərhələdə vəsatət təmin ediləcək.

Həmçinin təqsirləndirilən şəxslərin əlaqədə olduqları şəxslərlə yazışmalarını və telefon danışıqlarını əldə etmək üçün müvafiq mobil operatorlara sorğu göndəriləcəyi bildirilib.

Daha sonra prosesdə zərərçəkən qismində Natiq Qubatov ifadə verib. O deyib ki, övladı talassemiya xəstəsi olub və sağalıb:

"Həmin vaxt uşağın vəziyyəti çox pis idi. 2022-ci ilin aprel ayında mütəmadi olaraq qızıma Talassemiya Mərkəzində qan vururduq. Elə olurdu ki, orqanizm qanı qəbul etmirdi. Türkiyədə müalicə elətdirdim. Sonra dedilər müalicə kömək olmur, əməliyyat olunmalıdır. Həyat yoldaşım Aynur Bayramova ilə tanış oldu. Uşağın qanını verdik, axtarışa verdilər. Bir müddət sonra Aynur Bayramova dedi ki, donor tapılıb. Mən donorun tapılması ilə bağlı sənəd tələb etdim. Sənədlə tanış olandan sonra Aynur Bayramovaya və Nuridə Seyidovaya ofislərində görüşüb 15 min dollar pul verdim. Dedim ki, uşağın vəziyyəti pisdir, təcili əməliyyat olunmalıdır".

Onun sözlərinə görə, pulu verdikdən bir müddət sonra aldadıldığını öyrənib:

Seçilən
35
8
aznews.az

10Mənbələr