AZ

Ötən ay sığortaedənlərin sayı 8 min vahiddən çox artıb

Bakı, 19 fevral, AZƏRTAC

Bu ilin yanvar ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 8155 vahid və ya 0,39 faiz artaraq 2 milyon 123 min 71 vahid təşkil edib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1868, fiziki şəxslər üzrə 5 min 895, torpaq mülkiyyətçiləri üzrə isə 392 vahid artıb.

Seçilən
25
6
azertag.az

8Mənbələr