“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə növbəti qanvermə aksiyası təşkil edilib.
“İki sahil” xəbər verir ki, QSC-dən bildirilib ki, nəcib aksiyada “AzerGold” və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü iştirak edərək qan veriblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.