AZ

“Kimsə məni indi əvəzləmək istəsə, bu, alınmayacaq” – Zelenski Trampın cavabını verdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-Rusiya danışıqları və Prezident Donald Trampın onun haqqında dediklərinə münasibət bildirib.

“Rusiya məndən qurtulmaq istəyir. Fiziki cəhətdən olmasa da, siyasi cəhətdən. Mən Putin üçün çox əlverişsiz adamam”, - dövlət başçısı qeyd edib. Onun sözlərinə görə, ABŞ-nin dəstəyi olmadan Ukrayna qalib gəlməyəcək. Lakin Putinə bizi işğal etmək də müvəffəq olmayacaq.

Zelenski vurğulayıb ki, Ukrayna Ukraynadakı Amerika əsgərləri məsələsini qaldırarsa, ABŞ bütün dəstəyi dayandıracaq. “Bu səhər KIIS sorğusunun nəticələri mənə 57% etimad göstərib. Ona görə də kimsə məni indi əvəzləmək istəsə, bu, alınmayacaq”.

Prezident həmçinin bildirib ki, reytinqinin 4 faiz azalması ilə bağlı dezinformasiya Rusiyadan gəlir, məhz bunu amerikalılara onlar deyib.

“ABŞ bizə təxminən 67 milyard dollar silah və büdcə xərcləri üçün isə 31 milyard dollarlıq yardım verib. Bu, qətiyyən 500 milyard dollar dəyərində deyildi, bu, ciddi söhbət deyil. ABŞ nadir torpaq metalları haqqında sənəddə yazılanların 50%-ni istəyirdi. Amma təhlükəsizlik zəmanətləri haqqında bir kəlimə də yoxdur. Orada aydın heç nə yoxdur. Mən dövləti sata bilmərəm”, - Ukrayna lideri vurğulayıb.

“AzPolitika.info”

Seçilən
21
1
azpolitika.info

3Mənbələr