AZ

Şabran sahibkarları ilə müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

Görüşdə rayonun biznes imkanları, sahibkarlığınmaliyyələşdirilməsi, peşəkar məsləhət xidməti, turizm fəaliyyətiüzrə kiçik hotellərin tikintisi və satış kanalları ilə bağlı fikirmübadiləsi aparılıb.

Regionlarda fəaliyyət göstərən sahibkarların bölgənin biznespotensialı və dövlətin dəstək mexanizmləri barədəməlumatlandırılması üçün Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA) təşkilatçılığı ilə görüşlər davam etdirilir.Növbəti belə görüş Şabran rayonunda keçirilib.

Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuştədbirdə kənd təsərrüfatı, bağçılıq, arıçılıq, heyvandarlıq,tikinti, ekoturizm, qida və s. sahələrdə fəaliyyət göstərən 60-ayaxın sahibkar iştirak edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Şabran Rayonİcra Hakimiyyətinin başçısı Asif Hüseynov sahibkarları biznesfəaliyyəti üçün dövlət dəstəyi mexanizmləri, güzəştlər,sahibkarlığın maliyyələşdirilməsi, satış, eləcə də rayonun biznesimkanları və dövlətin dəstəyi ilə bu potensialın reallaşdırılmasıbarədə məlumatlandırıblar. Qeyd olunub ki, Şabranda biznes qurmaqvə sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən, investisiyaqoyuluşu üçün uyğun sektor axtarışında olan sahibkarlar KOBİA-nınKOB dostu ofisinə müraciət edə bilərlər. Ölkənin 50-dən çox şəhərvə rayonunda fəaliyyət göstərən KOB dostları sahibkarlarınyerlərdəki biznes bələdçisi funksiyasını yerinə yetirməklə, onlaraehtiyacı olan dəstəyi göstərir və əlaqələndirir.

Görüş çərçivəsində sahibkarlarla biznesin maliyyələşdirilməsi,fəaliyyətin genişləndirilməsi üçün peşəkar məsləhət xidməti, turizmfəaliyyəti üzrə kiçik hotellərin tikintisi, satış kanalları kimimövzularda müzakirələr aparılıb, fikir və təklifləri dinlənilib,sualları cavablandırılıb.

KOBİA-nın təşkilatçılığı ilə belə görüşlər ölkənin digər şəhərvə rayonlarında da davam etdiriləcəkdir.

Şabran
Şabran
Şabran
Məqalədə:
Seçilən
28
6
az.trend.az

7Mənbələr