AZ

150-dən çox balina sahilə çıxdı

Avstraliyaya məxsus Tasmaniya adasının şimal-qərbində 150-dən çox qara balina sahilə çıxıb.

Onlardan 14-ü artıq tələf olub.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə yerli Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Departamentindən bildirilib. Açıqlamaya görə, dəniz canlıları Artur çayının okeana töküldüyü yerə yaxın ərazidə aşkar edilib.

Ərazidə sağ qalmış qara balinaların vəziyyətini qiymətləndirən baytar həkimlər və dəniz bioloqları işləyirlər, onlardan bəzilərini dayaz sudan çıxarmağa cəhd edirlər.

"Cebheinfo.az"

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr