Yanvarın 27-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinin açıqlanmasından sonra seçilmiş bələdiyyə üzvləri iclas keçirir və sədr seçirlər.
Viral.az-ın modern.az-a istinadla məlumatına görə, Bakı şəhəri Sahil Qəsəbəsinin bələdiyyəsinə də sədr seçilib.
Belə ki, bələdiyyənin ilk iclasında Firuzə Musaoğlu səs çoxluğu sədr seçilib.
Son Yazılar:
- Şəhid xanımı bələdiyyə sədri SEÇİLDİ
- Fuad Muradova hökm OXUNDU
- Arvadının saç düzümünü bəyənmədi – bərbərin qolunu QIRDI
Qeyd edək ki, Firuzə Musaoğlu İkinci Qarabağ müharibəsində şəhid olan Ataməli Musaoğlunun xanımıdır.
Ataməli Musaoğlu oktyabrın 16-də Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu “Vətən Uğrunda”, 29 dekabr 2020 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.