"Təəssüf ki, baş verən bu proseslər ukraynalıların psixi və psixoloji vəziyyətinə təsir edir. Ukraynalılar özlərini aldadılmış hiss edirlər. Mən xalqımın hissləri ilə oynanılmasını istəmirəm".
Bu sözləri Türkiyə KİV-nə açıqlamasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya danışıqlarına münasibət bildirən Volodimir Zelenski bildirib.
Ukrayna prezidenti ABŞ-Rusiya ikitərəfli münasibətləri ilə bağlı isə bunları deyib:
"İstəsək də, istəməsək də bu, onların ikitərəfli əməkdaşlığı və ABŞ-nin öz qərarıdır. Təbii ki, biz müşahidə edirik ki, onlar Vladimir Putini siyasi təcriddən çıxarırlar, lakin bu, hər bir halda onların qərarıdır, danışıqlar aparırlar".
"Cebheinfo.az"