AZ

Azərbaycanda istixana pomidorunun istehsalı 16 % -dın çox azalıb

2024-cü ildə Azərbaycanda istixanalarda 224,9 min ton pomidor istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 44 min ton və ya 16,4 % azdır.

Ötən il ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3 037 vahid istixana fəaliyyət göstərib. Bununla yanaşı, 2024-cü ildə ölkədə istixanaların sayı 191 ədəd və 5,9 % azalıb.

Xatırladaq ki, 2023-cü ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3 228 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 268,9 min ton pomidor istehsal edilib.

Seçilən
9
report.az

1Mənbələr