AZ

Butan Milli Assambleyasının sədri: APA-nın 15-ci plenar sessiyası dünya üçün olduqca əhəmiyyətlidir

Bakı, 19 fevral, AZƏRTAC

Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası təkcə Asiya üçün deyil, həm də dünya üçün olduqca əhəmiyyətlidir. Ona görə də bu iclasda insanların rifahını, qanunvericiliyi, ümumilikdə ölkələri maraqlandıran hər şeyi müzakirə etməliyik.

AZƏRTAC xəbər verir, bu sözləri Butan Milli Assambleyasının sədri Lunqten Dorci jurnalistlərə açıqlamasında deyib.

O, iclasın Asiyanın müxtəlif ölkələrinin parlamentlərarası və ikitərəfli əlaqələri genişləndirməsi, təcrübə mübadiləsi aparması baxımından mühüm bir platforma olduğunu qeyd edərək deyib: "Hesab edirəm ki, problemlərin öhdəsindən gəlmək üçün biz birgə işləməliyik. Xüsusilə hazırda xeyli insanın məcburi köçkün olduğu bəzi bölgələrdəki münaqişələr kimi ciddi məsələlərdən danışmalıyıq".

Seçilən
39
49
azertag.az

10Mənbələr