AZ

Misli Premyer Liqasının 2025-26-cı il mövsümü üçün formatı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Misli Premyer Liqasının 2025/26-cı il mövsümü üçün formatı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunub.
Qərara görə, növbəti mövsüm 12 komandanın iştirakı ilə üç dövrədən (33 turdan) ibarət olacaq. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm, Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan üç komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
2024/25-ci illər mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk üç yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq. Qeyd edək ki, cari mövsümün sonunda I Liqadan Premyer Liqaya üç komanda yüksələcəyinə görə belə bir sistem tətbiq olunacaq.
İcraiyyə Komitəsində qərara alınıb ki, 2025/26-cı illər mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşsün, I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.
2025/26-cı illər mövsümündə I Liqada sonuncu yeri tutan komanda II Liqaya düşəcək, II Liqada birinci yeri tutan komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri tutan komanda II Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.
Seçilən
33
50
oxu.az

10Mənbələr