Parlamentlər arasında əməkdaşlıq qarşılıqlı hörmət və etimada əsaslanmalıdır.
"Far.Az" xəbər verir ki, bununla bağlı Rusiya Federal Məclisi Federasiya Şurasının üzvü Gennadi Ordenov Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyası çərcivəsində Sosial və mədəni məsələlər daimi komitəsinin Milli Məclisdə keçirilən iclasında danışıb.
O qeyd edib ki, APA-da 40-dan çox parlamentari arasında aparılan danışıqlar ölkələr arasında etimadı artıra bilər:
"Biz çoxqütblülüyün güclənməsinə gətirib çıxaran prosesləri müşahidə etməkdəyik. Asiya Parlament Assambleyasının bu proseslərə töhfə verməsi vacibdir. Biz yeni çağırış və təhdidlərin tərəflər arasında konsolidasiyanı zəruri etdiyini başa düşürük".
O vurğulayıb ki, Rusiya bu Assmbleya çərçivəsində əməkdaşlığı alqışlayır:
"Ötən il Moskvada keçirilən görüşün nəticəsində Rusiyanın təşəbbüskar olduğu qətnamə layihəsi və bir sıra qərarlar qəbul edildi. Rusiya bu kimi təşəbbüsləri dəstəkləyir".