17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tunar Muradov Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində Qazaxıstan yığması ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.
Msport.az xəbər verir ki, millimizin 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.
Qeyd edək ki, qrup mərhələsinin II turunda U-17-nin İran seçməsi (1:0) ilə matçının ən yaxşısı qapıçımız Elbrus Kərimov seçilmişdi.