AZ

Fuad Muradova və digərlərinə hökm oxunub

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, F. Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, F. Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb.


Seçilən
73
30
Shafaqadogru.com

10Mənbələr