Ukraynaya konkret təhlükəsizlik təminatları lazımdır.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski CNN Türk-ə müsahibəsində bildirib.

“Putin əgər müharibəyə dönmək istəsə, müzakirə masasında onu dayandıracaq insanlar olmalıdır. Bizə sözlə deyil, real və konkret təhlükəsizlik təminatlarını verə biləcək kimlərsə olmalıdır. Biz belə bir dialoqa hazırıq. Diplomatiyanın nə olduğunu bilirik. Əlbəttə, Putinlə danışmağı o qədər də xoşlamıram. Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Tərəfdaşlar arasında hər şey açıq kommunikasiya ilə olmalıdır. Biz şahmat oynaya bilmərik. Çünki şahmatda hər bir addımınız bəzən onlarla, bəzən yüzlərlə, bəzən isə minlərlə insanın ölümünə səbəb olur”, - Zelenski vurğulayıb.

Ukrayna Prezidenti ABŞ-nin Rusiya ilə ikitərəfli əlaqələrinə də münasibət bildirib: “Bəyənsəm də, bəyənməsəm də, bu, onların ikitərəfli əməkdaşlığıdır və ABŞ-nin öz qərarıdır. Yoxsa, əlbəttə, onların Putini siyasi izolyasiyadan çıxardıqlarını müşahidə edirik, amma yenə deyirəm ki, bu onların qərarıdır. Ancaq nə vaxt ki, “Bizim müharibənin başa çatmasına dair planlarımız bunlardır” deyildiyində, bu, bizdə suallar yaradır. Biz müzakirə masasının harasındayıq? Müharibə Ukraynada gedir. Putin ukraynalıları öldürür, amerikalıları, ya da avropalıları yox. Elə buna görə də biz açıq şəkildə bildiririk ki, siz nə istəsəniz müzakirə edə bilərsiniz, amma bizsiz Ukraynanı müzakirə etsəniz, qəbul etməyəcəyik. Məncə, bu, olduqca ədalətlidir”.

Müharibəni bitirmək üçün həm Ukraynanın, həm də Rusiyanın danışıqlar masası arxasında olmasına diqqət çəkən Zelenski danışıqlarda təkcə Avropa İttifaqının deyil, Avropa qitəsinin də təmsil olunmasının vacibliyini bildirib.

Leqal.info