Kreml gec-tez Volodimir Zelenskinin münaqişənin həlli ilə bağlı mövqeyini formalaşdıracağını gözləyir.
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hər iki tərəfdə lazımi siyasi iradə var idi, mən bu halda Rusiya və ABŞ-ni nəzərdə tuturam. Gəlin görək Kiyev rejiminin hansı siyasi iradəsi var. Çox şey bundan asılıdır. Hələlik görürsünüz ki, Zelenski kifayət qədər ziddiyyətli bəyanat verir. Yəqin ki, gec-tez öz mövqeyini formalaşdıracaq”, – Peskov bildirib.