ABŞ və Rusiya rəsmiləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün son aylar İsveçrədə bir sıra gizli danışıqlar aparıblar.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, üstəlik, onlar görüşləri keçmiş prezident Co Baydenin dövründə başladıblar. Mənbələr danışıqlarda iştirak edənlərin adlarını açıqlamaqdan imtina ediblər. Qeyd olunub ki, onlar indiki dövlət qulluqçuları deyil, diplomatiya və təhlükəsizlik sahəsində təcrübəsi olan şəxslərdir. ABŞ prezidenti Donald Trampın bəzi müşavirlərinə görüşlər barədə məlumat verilib.
Həmidə İbrahimova