AZ

Prezident bu yolun tikintisinə 1.5 milyon manat ayırdı

Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq.

Bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılacaq.

// APress.az

Seçilən
113
49
apress.az

10Mənbələr