AZ

Macarıstan Aİ-nin sonuncu “şərəfini” xilas edib – Macarıstanın xarici işlər naziri Peter Sijarto

Macarıstan Rusiyaya qarşı Avropa İttifaqının (Aİ) sanksiyalarının 16-cı paketində nəzərdə tutulan məhdudiyyətlər Rusiya neftinin və neft məhsullarının istifadəsinə dair istisnanı təmin edib.

Budapeşt metrosuna xidmət göstərən Rusiyanın “Metrovaqonmaş” şirkəti də yenidən iş qadağasından yayına bilib. Editor.az bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto deyib. “Biz təmin etdik ki, 16-cı sanksiyalar paketi Bratislavadakı “Slovnaft” neft emalı zavodunda istehsal edildikdən sonra MOL tərəfindən idxal edilən Rusiya neft məhsullarının Macarıstanda istifadəsinə icazə verir. Bu, Macarıstanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq”, – deyə Szijarto M1 kanalında bildirib. Onun sözlərinə görə, Macarıstan Patriarx Kirillə, Rusiya Olimpiya Komitəsinə və Rusiyanın iki futbol klubuna qarşı sanksiyaların tətbiqinin də qarşısını alıb.

Nazir hesab edir ki, idman komandalarının qara siyahıya salınması “bütün Aİ sistemini məsxərəyə qoyacaq” və Macarıstan hökuməti “Aİ-nin sonuncu şərəfini xilas edib”. Peter Sijyarto hansı klublardan söhbət getdiyini dəqiqləşdirməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
2
editor.az

4Mənbələr