AZ

Azərbaycana avtomobilərin idxalının çoxaldığı vaxtda utilizasiyaya maraq nə qədərdir? VİDEO

Azərbaycana avtomobil idxalı artmaqda davam edir.

Xezerxeber.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan avtomobillərin sayı 23.8 faiz artıb.

İdxalın artması avtomobil parkının yenilənməsi ilə nəticələnsə də, ölkədə hələ də istismar müddəti başa çatmış kifayət qədər nəqliyyat vasitəsi var. Ekspertlər hesab edirlər ki, utilizasiya prosesinə maraq nə qədər çox olarsa, ölkənin avtomobil parkı da bir o qədər sürətli yenilənər. Lakin prosesin əksinə cərəyan etməsi sadəcə Azərbaycanda avtomobil sayının normadan çox artımına səbəb olar. Bu isə həm ekoloji, həm də tıxac kimi əlavə problemlərlə nəticələnə bilər.

"Təmiz şəhər" ASC-nin nəlqiyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov bildirib ki, sürücülürdə utilizasiya prosesinə maraq yaratmaq üçün bölgələrdə də məntəqələrin açılması istiqamətində işlər aparılır. Hazırda isə prosesə cəlb olunan nəqliyyat vasitələrinin sayında hər ay artım müşahidə edilir.

Mirzə Laçınov onu da qeyd edib ki, əvvəl vətəndaşlar istismar müddəti başa çatmış avtomobili verib ödəniş almaqda daha maraqlı idilər. Lakin, indi yeni avtomobil almaq üçün güzəştlərdən yararlananlar da artıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
19
1
xezerxeber.az

2Mənbələr