Almaniya kansleri namizədi Fridrix Merts ABŞ prezidenti Donald Trampın Volodimir Zelenski və Ukraynanı tənqid edən sözlərindən şoka düşdüklərini deyib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, “cinayətkar” və “qurban” arasında “klassik rol dəyişikliyi” olub.
“Bu, Rusiyanın ritorikasıdır. Putin uzun illərdir ki, bunu belə təsvir edir. Düzünü desəm, Donald Trampın indi eyni şeyi etdiyinə görə bir az şoka düşdüm”, – Merts bildirib.
Qeyd edək ki, Tramp Zelenski ilə bağlı "O, seçki keçirməkdən imtina edir. Ukrayna sorğularında onun reytinqi çox aşağıdır. Onun uğur qazandığı yeganə şey Baydeni skripka kimi ifa etməkdir. Seçkisiz diktator. Zelenski tələssə yaxşıdır. Əks halda onun ölkəsi qalmayacaq" deyib.