“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin diqqət mərkəzinə düşüb.
Bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Fransa nəhəngi 22 yaşlı futbolçu üçün 80 milyon avroluq təklif hazırlayır.
Yarımmüdafiəçi 2021-ci ildən Madrid klubunda çıxış edir və o vaxtdan bəri müxtəlif zədələr səbəbindən 118 gün meydana çıxa bilməyib.
2024/25 mövsümündə Kamavinqa bütün yarışlarda 19 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” oyunçunun dəyərini 80 milyon qiymətləndirir.
PSJ-dən əlavə, “Liverpul”un da yarımmüdafiəçi ilə maraqlandığı bildirilir./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta