Demək olar ki, hər bir insan baş ağrısı ilə qarşılaşır. Lakin tez-tez təkrarlanan baş ağrıları ciddi sağlamlıq problemlərinin əlamətindən xəbər verir.
Bizim.Media xəbər verir ki, nevroloqlar bu halda mütləq mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.
Həkimlərin fikrincə, baş ağrısının 300-ə yaxın növü var. Və fərqli müalicələr müxtəlif simptomlara təsir edir.
Çox vaxt baş ağrısı olan şəxs ağrıkəsici qəbul etməyə başlayır və dərmanlar artıq təsirsiz olduqda həkimə müraciət etməyi düşünür.
Lakin hər kəs yadda saxlamalıdır ki, tez-tez təkrarlanan baş ağrıları bir patoloji əlaməti ola bilər, onun peşəkar müayinə vasitəsilə müəyyən edilməsi xəstəliyi erkən mərhələdə müəyyən etməyə, mənfi nəticələri aradan qaldırmağa və tez sağalmağa kömək edir.
Baş ağrısının növünü düzgün müəyyənləşdirmək və onun başvermə səbəblərini tapmaq lazımdır.
Nevroloqlar hesab edirlər ki, müalicənin nəticəsi analizlərin düzgün aparılmasından asılı olacaq:
“Bir çox hallarda baş ağrısı əsas patoloji proses deyil, başqa bir xəstəliyi müşayiət edir və onun simptomudur, bəzən təhlükəlidir. Belə hallara əsasən, bədənin ciddi intoksikasiyası (məsələn, viral xəstəliklər və ya qida zəhərlənməsi); nazofarenksin iltihabi və yoluxucu xəstəlikləri, beyinə qan tədarükünün pozulması ilə müşayiət olunan servikal onurğada problemlərin inkişafı, beyin qabığının və maddəsinin yoluxucu lezyonları”.
Ciddi patologiyaları göstərən və təcili xəstəxanaya yerləşdirmə ehtiyacını bildirən simptomlar arasında baş zərbəsi hissi ilə müqayisə edilə bilən ağrının qəfil başlanğıcı olan baş nahiyəsində şiddətli ağrı, huşun itirilməsi, konvulsiyalar, görmənin kəskin pisləşməsi, bədənin müxtəlif yerlərində uyuşmadır. Baş ağrısı səbəbindən əgər bədən hərarəti yüksələrsə, bu, ciddi xəsləlikdən xəbər verir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ev şəraitində baş ağrılarını müalicə etmək cəhdləri çox vaxt xəstəliyin klinik təzahürlərinin təhrif edilməsinə səbəb olur ki, bu da dəqiq diaqnoz qoymağı çətinləşdirə bilər. Belə ki, müasir müayinə üsulları baş ağrılarının əsl səbəblərini müəyyən etməyə, onların müalicəsi üçün vaxtında tədbirlər görməyə və xəstəni tam həyata qaytarmağa kömək edir.
Bizim.Media