AZ

Qərbi Azərbaycan Xronikası: "Avropada ermənilərə casus kimi baxılırdı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Rus çarlarının məkrli erməni layihəsi" adlı veriliş hazırlanıb.
Verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Avropanın və rus çarlarının məkrli erməni layihələrindən söz açıb.
O bildirib ki, Avropada ermənilərə casus kimi baxılırdı və onlardan istifadə edilirdi: "Rus çarlarının da məkrli erməni layihəsi olub. 1896-cı ildə fransalı arxeoloq Jak de Morqanın Azərbaycanın cənub bölgəsində apardığı tədqiqatların nəticələrini Parisdə nəşr etdirdiyi "Arxeoloji tədqiqatlar" adlı kitabı və məqaləsi Qərbi Azərbaycanın türk ərazisi olduğunu sübut edir.
Onun sözlərinə görə, Qərbi Avropa dövlətlərinin müstəmləkə siyasətinin əsas aləti ermənilər oldu: "Paris Sülh konfransında ermənilər Avropadan böyük Ermənistan tələb etməyə başladılar. Erməni toplumunu tarix boyu idarə edən sülalələrin heç birisi erməni, hay mənşəli olmayıb".
Tarixçi-tədqiqatçı Qərbi Azərbaycanın qədim arxeoloji mədəniyyətlərinin ancaq Azərbaycan xalqına aid olduğunu, ermənilərin türklərin 300 kurqanının materialını Tarix Muzeyinin zirzəmisində çürütdüyünü söyləyib.
R.Əlizadə deyib ki, 200 il qabaq bu əraziyə gələn ermənilər özlərini qədim, azərbaycanlıları işğalçı kimi təqdim etmək istəyir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
55
4
oxu.az

10Mənbələr