AZ

Azərbaycanda çıxış edən ən bahalı və istedadlı oyunçular - SİYAHI

Azərbaycan Premyer Liqasının ən bahalı və 23 yaşadək ən istedadlı futbolçuları müəyyənləşib.

AZXEBER.COM teleqraf-a istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) açıqladığı siyahıya \"Qarabağ\"ın hücumçusu Nəriman Axundzadə başçılıq edir. 21 yaşlı forvarda 4,2 - 5,2 milyon avro qiymət qoyulub.

Son zamanlar uğurlu çıxışı ilə xarici klubların transfer siyahısına düşən \"Zirə\"nin qolçusu Salifu Suma ikinci yerdə gedir. 21 yaşlı oyunçu Axundzadədən təqribən 3 dəfə ucuz - 1,6 - 1,9 milyon avro dəyərindədir.

Sonrakı iki pillədə isə \"Neftçi\"nin qapıçısı Rza Cəfərovla \"Sabah\"ın qolkiperi Yusif İmanov yer alıb. Cəfərov 1 milyon avrodan baha (1,2 - 1,5 milyon avro), İmanov isə ucuz (0,80 - 0,94 milyon avro) qiymətədir.

Ən istedadlı futbolçulara gəldikdə, \"Turan Tovuz\"un yarımmüdafiəçi Fərid Yusifli dünyada 85-cidir. Onun reytinqi 64,3-ə bərabərdir. \"Neftçi\"nin orta xətt oyunçusu Emil Səfərov isə 64,1 reytinqlə 89-cu pillədə qərarlaşıb.
Seçilən
12
7
azxeber.com

8Mənbələr