Qarşıdakı vaxtlarda daha yaxşı oyunlar göstərəcəyik.
"Far.Az" xəbər verir ki, bunu "Azərreyl"in baş məşqçisi Paolo Tofoli qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII turunda "Murov Az Terminal"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, qələbəyə görə sevincli olduğunu bildirib:
"Bəzi səhvlərə baxmayaraq, qələbə qazanmağı bacardıq. Top qəbulunda və servis atışları zamanı voleybolçularımız ara-sıra səhvlər buraxırdılar. Bununla belə, qalib gələ bildik. "Murov Az Terminal"la matç bizim üçün önəmli idi. Qalib gələrək onları üstələmək istəyirdik. İkinci setin sonlarında dönüş nöqtəsini yarada bildik və oyunçuların baxımlı performansı sayəsində istəyimizə çatdıq. Qarşıdakı vaxtlarda daha yaxşı oyunlar göstərəcəyik".
Qeyd edək ki, "Azərreyl" - "Murov Az Terminal" görüşü birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.