AZ

Azərbaycamda son 21 gündə iki vəzifəsini itirən nazır... FOTO

Xəbər verdiyimiz kimi, Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

Sportinfo.az xəbər verir ki, ötən seçkidə vitse-prezident seçilən gənclər və idman naziri Fərid Qayıbov bu dəfə etimad qazanmayıb və vəzifəsini itirib.

Keçən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib. Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.

Ötən dəfə vitse-prezident seçilən digər şəxslər - Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.

Bu, Fərid Qayıbovun son 21 gündə itirdiyi ikinci vəzifəsi olub.

Belə ki, Prezident İlham Əliyev ötən ayın 29-da 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, ötən il Təşkilat Komitəsinin sədri olan Fərid Qayıbovu bu vəzifədə Baş nazirin müavini Samir Şərifov əvəz edib. Fərid Qayıbov isə Təşkilat Komitəsinin ilk iclasına S.Şərifovun müavini kimi qatılıb.

MOK-un İcraiyyə Komitəsinin yeni üzvləri arasında Fərid Qayıbovun sabiq müavini Mariana Vasileva da yer almayıb. O, ötən ay nazir müavini vəzifəsindən azad edilib.

Mariana Vasileva idmançılara qarşı fiziki zorakılıqda ittiham edilirdi, hətta buna görə Gimnastika Etikası Fondu tərəfindən ömürlük diskvalifikasiya olunub. Fərid Qayıbovun isə işdən çıxarılan müavini ilə selfi paylaşması birmənalı qarşılanmamışdı.

Seçilən
9
5
sportinfo.az

10Mənbələr