AZ

Tramp Ukrayna münaqişəsinin həlli üçün bir il vaxt gətəkdiyini bildirib

ABŞ prezidenti həmçinin üçüncü dünya müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib...

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişə bir il ərzində həll oluna bilər, əks halda üçüncü dünya müharibəsi başlaya bilər.

Poliqon xəbər verir ki, bu barədə Tramp Mayamidə investisiya sammitində çıxışı zamanı danışıb. Tramp qeyd edib ki, RusiyaABŞ arasında Ər-Riyadda aparılan danışıqlar irəliyə doğru böyük addımdır.

Donald Trampın fikrincə, keçmiş prezident Co Baydenin kursu davam etsəydi, III Dünya Müharibəsi bu il başlayacaqdı.

“Lakin bu, heç kimin maraqlarına uyğun deyil. Biz bunu bitirəcəyik. Üçüncü dünya müharibəsindən heç kim fayda görməyəcək və biz bundan o qədər də uzaq deyilik. Əgər bizdə o idarə daha bir il olsaydı, III Dünya Müharibəsi olardı. İndi bu baş verməyəcək”, deyə Tramp qeyd bildirib.

Poliqon.info

Seçilən
7
5
poliqon.info

8Mənbələr